
Alvares seçimini edib
“Atletiko”nun hücumçusu Xulian Alvares karyerasını harada davam etdirmək istədiyinə qəti qərar verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu yalnız “Barselona”ya keçidi nəzərdən keçirir. 26 yaşlı forvard digər klublardan gələn təklifləri dəyərləndirmək niyyətində deyil.
Alvaresin əsas arzusu “Barselona”nın formasını geyinməkdir. Kataloniya təmsilçisi isə futbolçunun ictimai şəkildə ayrılmaq istədiyini bəyan etməsindən sonra “Atletiko”nun sözünün üstündə duraraq onun transferinə mane olmayacağına inanır.
Alvares 2026-cı il dünya çempionatında Argentina millisinin Avstriya yığması ilə oyunundan sonra “Atletiko”dan ayrılmaq qərarına gəldiyini açıqlamışdı.
“Transfermarkt” portalına əsasən, hücumçunun bazar dəyəri 100 milyon avro təşkil edir.
Bizi Facebook-da izləyin



