“İndi gördüyümüz Messi xüsusi bir şeydir”

İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays, Argentina yığmasının hücumçusu Lionel Messinin çıxışını yüksək qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“İndi gördüyümüz Lionel Messi həqiqətən də xüsusi bir şeydir. Onun bu yaşında nail olduğu şeylər sadəcə inanılmazdır. Bir azarkeş, futbol həvəskarı və peşəkar futbolçu kimi onun oyununu izləməkdən böyük zövq alıram”.

Messi 2026-cı il dünya çempionatında Argentina millisinin heyətində keçirdiyi iki oyunda 5 qol vurub. 39 yaşlı forvard ikinci turda Avstriya millisi ilə matçda (2:0) dubl edərək, dünya çempionatında qollarının sayını 18-ə çatdırıb və Almaniya yığmasının sabiq hücumçusu Miroslav Klozeni (16 qol) geridə qoyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button