
Rəsmi: Mourinyo yenidən “Real”da
Joze Mourinyo “Real”ın baş məşqçisi təyin edilib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssislə müqavilə 2029-cu il iyunun 30-dək bağlanıb.
“Real” klubunun bu gün Florentino Peresin sədrliyi ilə keçirilən iclasında Direktorlar Şurası Mourinyonu növbəti üç mövsüm üçün – 2029-cu il iyunun 30-dək birinci komandanın baş məşqçisi təyin etmək barədə qərar qəbul edib. Mourinyo “Real”a iyulun 13-də, mövsümqabağı hazırlığın başladığı gün qoşulacaq” – məlumatda bildirilib.
Daha əvvəl mütəxəssis 2010-cu ildən 2013-cü ilədək Madrid komandasına rəhbərlik edib. Mourinyo klubla İspaniya çempionatını və ölkə kubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



