
Morata: “Barselona”ya keçməyə yaxın idim”
“Komo”nun hücumçusu Alvaro Morata vaxtilə “Barselona”ya transfer olunmağa çox yaxın olduğunu açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Kataloniya klubunun həmin dövrdə baş məşqçisi olan Xavi Hernandesin onunla əlaqə saxladığını söyləyib:
“Bəli, “Barselona”ya keçməyə yaxın idim. Xavi mənə zəng edib dedi ki, həmin anda komandaya kömək edə bilərəm və onun qurmaq istədiyi oyun sisteminə uyğun futbolçuyam”.
33 yaşlı ispaniyalı hücumçu 2025/26 mövsümündə “Komo”nun heyətində bütün turnirlərdə 30 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



