
“Yuventus” türk futbolçunu satmayacaq
“Yuventus” rəhbərliyi hücumçu Kənan Yıldızı komandada saxlamaqda qərarlıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisi 21 yaşlı futbolçunun yaxın gələcəkdə klubdan ayrılmasını istisna edir. Klub rəhbərliyi türk oyunçunun transfer variantını ümumiyyətlə nəzərdən keçirmir.
Bildirilir ki, “Yuventus” Yıldız üçün 80-90 milyon avro məbləğində təklif alsa belə, transfer danışıqlarına başlamayacaq. Klub onu gələcəyin əsas simalarından biri hesab edir.
Kənan Yıldız bu ilin fevralında “Yuventus”la yeni müqavilə imzalayıb. Tərəflər arasında əldə olunan razılaşmanın müddəti 2030-cu ilin yayına qədərdir.
Türkiyə millisinin üzvü geridə qalan mövsümdə 47 oyunda meydana çıxaraq, 11 qol vurub və 10 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



