Avropa çempionatı: Azərbaycan millisi bu gün final oyununa çıxacaq

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün final oyununa çıxacaq.

Komanda.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv həlledici matçda Ukrayna ilə üz-üzə gələcək.

Qarşılaşma “Tipos Arena”da, saat 22:30-da start götürəcək.

Azərbaycan millisi ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitən yarımfinal görüşünün penaltilər seriyasında Serbiya seçməsini üstələyib – 3:1. F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button