“Real” Rodrinin azad agent olmasını gözləyəcək

“Real”ın “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri ilə maraqlandığı barədə iddialar gündəmdə qalmaqda davam edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu gələcəkdə Madrid təmsilçisinə keçid variantına müsbət yanaşır və paytaxt klubuna transferə açıqdır.

Ancaq transferin reallaşmasına mane olan əsas məqam “Real”ın yüksək məbləğ ödəmək istəməməsidir. Klub rəhbərliyi Rodrinin “şəhərlilər”lə müqaviləsinin müddətinin 2027-ci ilin yayında başa çatacağını nəzərə alaraq, böyük xərcə getməyi planlaşdırmır. Madridlilər ispaniyalı futbolçunu daha münasib qiymətə transfer etmək və ya gələcəkdə azad agent kimi heyətə qatmaq variantını dəyərləndirirlər.

Rodri 2024-cü ildə “qızıl top” mükafatının sahibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button