
İspaniya La Liqasının telekanal gəlirləri açıqlandı
İspaniya La Liqasında mövsümün son turunda təkcə avrokuboklar və aşağı liqaya düşmə deyil, həm də televiziya hüquqlarından gələn milyonlarla avro uğrunda mübarizə gedəcək.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, klubların qazancı turnir cədvəlindəki mövqeyə əsasən müəyyənləşəcək.
Artıq çempionluğu təmin edən “Barselona” maksimum məbləği – təxminən 54,9 milyon avro qazanacaq.
İkinci yeri tutacaq “Real” isə təxminən 48,4 milyon avro əldə edəcək.
Üçüncü yer uğrunda “Atletiko” və “Vilyarreal” mübarizə aparır – bu mövqe təxminən 42 milyon avro dəyərində qiymətləndirilir.
Digər mövqelərə görə gəlirlər belə bölünür:
4-cü yer – 35,53 milyon avro;
5-ci yer – 29,07 milyon avro;
6-cı yer – 22,61 milyon avro;
7-ci yer – 16,15 milyon avro;
8-ci yer – 11,30 milyon avro
Daha aşağı pillələrdəki klublar isə 9 milyon avrodan 800 min avroya qədər gəlir əldə edəcəklər.
Ödənişlər dərhal verilməyəcək – məbləğ 5 mövsümə yayılmış şəkildə klublara çatdırılacaq. Bu da o deməkdir ki, televiziya gəlirləri təkcə cari nəticədən deyil, həm də klubların son illərdəki sabit performansından asılıdır.
Bizi Facebook-da izləyin



