“Barselona” argentinalı hücumçunun agenti ilə əlaqə saxlayıb

“Barselona” hücum xəttini gücləndirmək üçün yeni forvard axtarışına başlayıb.

Polşalı hücumçu Robert Levandovski mövsümün sonunda komandadan ayrıldıqdan sonra Kataloniya təmsilçisi onun yerini doldurmaq üçün ciddi planlar hazırlayır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona”nın əsas hədəfi “İnter”in forvardı Lautaro Martinesdir. Kataloniyalılar artıq argentinalı futbolçunun agenti ilə əlaqə saxlayıb və mümkün transferin detalları müzakirə olunur.

28 yaşlı forvardın klubla hazırkı müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir. O, bu mövsüm “İnter” forması ilə 29 oyuna çıxıb, 17 qol vurub və 6 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button