
Azərbaycan millisinin futbolçusunun komandası “Bayern”ə uduzdu
Almaniyada qadın futbolçular arasında Bundesliqanın 26-cı turunun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Nigar Mirzəliyevanın formasını geyindiyi “Hamburq” evdə “Bayern”ə 0:1 hesabı ilə məğlub olub.
Mirzəliyeva bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib.
“Hambuq” hazırda 12 xalla turnir cədvəlində 12-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



