“İtaliyada işləyərkən çox şey öyrəndim”

Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasının baş məşqçisi Serjio Konseysao gələcəkdə yenidən İtaliyada çalışa biləcəyinə eyham vurub.

Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “La Repubblica” nəşrinə açıqlamasında İtaliyaya xüsusi rəğbət bəslədiyini bildirib:

“İtaliyaya böyük rəğbətim var. Orada çoxlu dostlarım yaşayır. İtaliyada işləyərkən çox şey öyrəndim. O ölkənin klubları ilə əlaqələrim olub, amma adlarını çəkməyəcəm”.

51 yaşlı çalışdırıcı 2024-2025-ci illərdə “Milan”a rəhbərlik edib. O, ötən ilin oktyabrından etibarən “Əl-İttihad”ı çalışdırır. Konseysaonun komandası hazırda Səudiyyə Ərəbistanı Pro Liqasında 31 turdan sonra topladığı 52 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button