“Liverpul”la “İnter”in “radar”ındadır – İsveçli müdafiəçi

Dortmund “Borussiya”sının müdafiəçisi Daniel Svensson Avropanın bir sıra top-klublarının diqqət mərkəzindədir.

Komanda.az “fussballdaten”-ə istinadən xəbər verir ki, isveçli futbolçu ilə ən ciddi maraqlanan klublar “Liverpul” və “İnter”dir. Bununla yanaşı, “Arsenal”, “Lids”, “Milan” və “Atalanta” da onun çıxışını yaxından izləyir.

“Arılar” Svenssonu komandada saxlamaq istəsə də, 40-45 milyon avro civarında təklifləri dəyərləndirməyə hazırdır. Futbolçu özü İngiltərə Premyer Liqasında çıxış etməyə müsbət yanaşır. O, cari mövsümdə bütün turnirlərdə 43 oyunda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

Svenssonun “Borussiya” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button