“Barselona” keçmiş hücumçusunu geri qaytarmaq istəyir

“Malyorka”nın hücumçusu Yan Virgili yenidən “Barselona”ya qayıda bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu 19 yaşlı futbolçunu yay transfer pəncərəsində geri qaytarmaq variantını hələ də nəzərdən keçirir. Bildirilir ki, mümkün transferin dəyəri təxminən 15 milyon avro ola bilər.

İspaniyalı futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 29 oyunda meydana çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun “Malyorka” ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.

Virgili 2024–2025-ci illər arasında “Barselona”nın B komandasında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button