“Sabah” final seriyasına qələbə ilə başladı

Azərbaycan Basketbol Liqasında “Sabah” – “Abşeron Lions” final seriyasının ilk oyunu keçirilib.

Komanda.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutmuş oyuna “Abşeron Lions” klubu üstün başlayıb və 12 xallıq fərqlə önə keçib.

Oyunun 3-cü periodundan etibarən geridönüş etməyi bacaran “Sabah” basketbolçuları yekunda 98:93 hesablı qələbə qazanaraq, super seriyada ümumi hesabı 1:0 ediblər.

Final seriyasının ikinci oyunu 2 may saat 14:00-da baş tutacaq. Reqlamentə əsasən final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan çempionu olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button