Amorim qarşıdakı bir ildə təklif qəbul etməyəcək

“Mançester Yunayted”in sabiq baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”dan ayrıldıqdan sonra məşqçi fəaliyyətinə qayıtmağa tələsmir.

Klubdan yanvarda göndərilən 39 yaşlı çalışdırıcının yerinə Maykl Karrik təyin olunub.

Komanda.az “A Bola”-ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis uzunmüddətli peşəkar fasilə götürmək qərarına gəlib və 2026/27 mövsümünün sonuna qədər heç bir təklifi qəbul etməyi planlaşdırmır.

Bununla belə, Amorim futboldan tam uzaqlaşmayacaq. O, nümunə hesab etdiyi məşqçilərin fəaliyyətini yaxından izləyərək özünü inkişaf etdirməyi və gələcəkdə daha hazırlıqlı şəkildə qayıtmağı hədəfləyir.

Amorim “Mançester Yunayted”ə 2024-cü ilin noyabrında rəhbərlik etməyə başlamışdı. O, bundan əvvəl isə Lissabon “Sportinq”ində uğurlu nəticələrlə diqqət çəkmiş, komandanı iki dəfə Portuqaliya çempionu etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button