
Deklan Raysı belə tərifləyən olmamışdı
İngiltərə millisinin sabiq hücumçusu Yan Rayt “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays barədə iddialı açıqlama verib.
Komanda.az “Overlap”-a istinadən xəbər verir ki, “Arsenal”ın keçmiş forvardı, “topçular”ın uğur qazanacağı təqdirdə, Raysın fərdi mükafatların əsas namizədi olacağını hesab edir:
“Arsenal” İngiltərə çempionatını qazansa, Deklan Rays Premyer Liqanın ən yaxşı futbolçusu olmalıdır. UEFA Çempionlar Liqasını qazansalar, o, “qızıl top”u almalıdır. İngiltərə millisi dünya çempionu olsa, Rays üçün “qızıl top”dan da yaxşı, yeni bir mükafat yaradılmalıdır”.
İngiltərəli futbolçu cari mövsümdə “Arsenal”ın heyətində 48 oyuna çıxıb, 5 qol vurub və 11 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



