Qullit: “Futbol İngiltərəyə məxsus deyil”

“Milan”ın və “Çelsi”nin sabiq yarımmüdafiəçisi Rud Qullit ingilis azarkeşləri digər ölkələrə qarşı təkəbbürlü olduqlarına görə tənqid edib.

Britaniya rok qrupu “The Lightning Seeds” və komediyaçılar David Baddiellə Frank Skinnerin 20 may 1996-cı ildə, Avropa çempionatı ərəfəsində yayımladığı “Üç şir” mahnısının sözləri İngiltərə azarkeşləri üçün himnə çevrilib: onlar bu ifadədən hər böyük turnirdə istifadə edərək, komandalarının qalib gəlməsini gözləyirlər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Niderland millisinin keçmiş üzvü məşhur “evə qayıdış” ifadəsinə münasibət bildirib:

“Mən “evə qayıdış”dan bezmişəm” demək deyil. Bu, İngiltərə üçün bir oyundur. Onlar həmin mahnını oxumağa başlayan kimi hər şey tərsinə çevrilir. İngiltərə bunu zarafat, marketinq hiyləsi kimi görür. Amma dünyanın qalan hissəsi bunu təkəbbür kimi düşünür. Fərq də elə bundadır. Futbol İngiltərəyə məxsus deyil. Onlar bunu icad ediblər, amma bir çox ölkələr onu daha yaxşı hala gətiriblər.

İngiltərə millisi hazırda yaxşı heyətə malikdir. Ancaq onlar səfərdə İngiltərədəkindən fərqli oynayırlar. İspanlara baxsaz, harada oynamalarından asılı olmayaraq, həmişə eyni şəkildə çıxış edirlər. İngiltərə ilə fərq də budur. Mən İngiltərə yığmasını dəstəkləyirəm, onların oyunlarını izləməyi sevirəm, amma Niderland millisini daha çox bəyənirəm”.

Qullit bu fikirləri DÇ-2026 haqqında danışarkən bildirib. Mundil 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button