Arda Turan: “Belə bir rəqibə qarşı asan deyildi”

“Şaxtyor”un baş məşqçisi Arda Turan komandasının “Az Alkmar”a qarşı ümumi 5:2 hesablı qələbə qazanaraq UEFA Konfrans Liqasının yarımfinalına yüksəlməsiylə bağlı fikirlərini bildirib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, türkiyəli mütəxəssis bunu söyləyib:

“AZ Alkmar”a böyük hörmətim var. Çox gərgin oyun keçirdik. “Şaxtyor” taktiki cəhətdən çox yaxşı çıxış etdi. Belə bir rəqibə qarşı asan deyildi, ev sahibləri bizi daim sıxışdırırdılar”.

“Şaxtyor” ilk oyunda “AZ Alkmar”ı 3:0 hesabıyla məğlub edib, cavab matçı isə 2:2 hesablı heç-heçə ilə başa çatıb. Ukrayna klubu indi Konfrans Liqasının finalına çıxmaq üçün “Kristal Pelas”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button