
İtaliyalı futbolçu “Mançester Yunayted”ə keçə bilər
“İnter”in yarımmüdafiəçisi Davide Frattesi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Komanda.az “CaughtOffside”-a istinadən xəbər verir ki, italiyalı futbolçunun xidmətində “Mançester Yunayted” maraqlıdır. “Qırmızı şeytanlar” onu transfer edərək heyətdə ciddi yenidənqurma aparmağı planlaşdırırlar.
Frattesi Milan klubuna 2024-cü ildə, “Sassuolo”dan 31 milyon avroya transfer olunub. Onun klubla müqaviləsinin müddəti 2028-ci il iyunun 30-na qədərdir.
26 yaşlı yarımmüdafiəçi bu mövsüm “İnter” forması ilə 29 oyuna çıxıb və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



