Ruslara qol vurdu, “Atletiko”nun tarixinə düşdü
“Atletiko” Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Moskva “Lokomotiv”ini məğlub edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 2:0 hesabıyla bitən görüş Madrid təmsilçisinin futbolçusu Joao Feliks üçün əlamətdar olub. Belə ki, komandasının ilk qolunu vuran 19 yaşlı portuqaliyalı hücumçu, Çempionlar Liqasında qol vuran ən gənc “Atletiko”lu futbolçu ünvanını qazanıb.
Feliksdən əvvəl bu rekord hazırda “Mançester Siti”də forma geyinən Serxio Aqueroya aid idi. Argentinalı hücumçu 2008-ci ildə “Atletiko”nun heyətində ÇL matçında qol vurarkən 20 yaşında idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin