PSJ 100 milyon avroluq futbolçu ilə maraqlanır

PSJ “Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocerslə yaxından maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisi 23 yaşlı futbolçunun transferi üçün mübarizəyə qoşulmağa hazırdır. Klub rəhbərliyi anlayır ki, bu transferdə əsas rəqiblər İngiltərə Premyer Liqasının aparıcı komandaları olacaq.

Daha əvvəl “Arsenal”, “Liverpul”, “Mançester Yunayted” və “Çelsi” kimi klubların da ingiltərəli yarımmüdafiəçi ilə maraqlandığı bildirilmişdi.

“Aston Villa” rəhbərliyi Morqan üçün təxminən 100 milyon avro tələb edir. Futbolçunun klubla müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button