ÇL: “Arsenal” səfərə ciddi itkilərlə yollanıb
“Arsenal” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində Lissabon “Sportinq”i ilə üz-üzə gələcək.
“Topçular” bu vacib qarşılaşmaya iki ciddi itki ilə yollanıblar. Komandanın baş məşqçisi Mikel Arteta bildirib ki, müdafiəçi Yurriyen Timber və vinger Bukayo Saka hələ tam hazır olmadıqları üçün matçı buraxacaqlar.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı oyunöncəsi açıqlamasında onların hələ tam hazır olmadıqlarını deyib:
“Bukayo və Yurriyen komanda ilə səfərə getməyiblər. Onlar hələ oynamağa hazır deyillər. Hər şey yaxşı getsə, həftəsonuna qədər onların qayıdışını gözləyə bilərik”.
“Sportinq” – “Arsenal” matçı bu gün Lissabonda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



