
Keyn Bundesliqa matçını buraxacaq
“Bayern”in baş məşqçisi Vensan Kompani komandanın hücumçusu Harri Keynin vəziyyəti haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Keyn topuq problemindən əziyyət çəkir. O, “Frayburq”la oyunda oynamayacaq. Lakin ümid edirik ki, Keyn çərşənbə axşamı “Real”la oyuna (Çempionlar Liqası) qədər meydana çıxa biləcək”.
32 yaşlı hücumçu bu mövsüm Almaniya Bundesliqasında 26 oyunda meydana çıxıb, 31 qol vurub və 5 məhsuldar ötürmə edib.
“Frayburq” – “Bayern” matçı aprelin 4-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



