
Çalhanoğlu: “Biz buna layiq idik”
Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu komandasının dünya çempionatına vəsiqə qazanmasına münasibət bildirib.
Komanda.az xəbər verir ki, 32 yaşlı futbolçu Kosovo yığmasına qarşı həlledici matçdan sonra (1:0) sosial şəbəkədə komanda yoldaşlarını xüsusi paylaşımla təbrik edib:
“Bu komanda buna layiq idi. Uca Tanrı bizimlədir. Biz cəsarətli insanlarıq. Türkiyə xalqının bizimlə fəxr edəcəyi şəkildə çıxış edəcəyik”.
Türkiyə millisi sonuncu dəfə 2002-ci ildə dünya çempionatında iştirak etmişdi. Həmin turnirdə komanda Yaponiya və Cənubi Koreyada keçirilən mundialda üçüncü yeri tutaraq tarixi uğura imza atmışdı.
2026-cı il dünya çempionatı 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək və turnirə 48 komanda qatılacaq.
Bizi Facebook-da izləyin



