
MY braziliyalı futbolçu üçün danışıqlara başlayıb
“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş yay transfer pəncərəsində komandasını dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” 28 yaşlı futbolçunun transferi üçün artıq danışıqlara başlayıb.
Bildirilir ki, braziliyalı yarımmüdafiəçi yayda təxminən 80 milyon avro qarşılığında əlçatan ola bilər. Ancaq “qırmızı şeytanlar”ın bu transfer məsələsində tək olmadığı qeyd olunur. Belə ki, “Real” da yarımmüdafiə xəttini gücləndirmək üçün variantlar axtarır və Gimarayeşi heyətinə qatmağa cəhd edə bilər.
Futbolçunun “Nyukasl”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



