Bundesliqada yeni rekordçu
“Bavariya”nın hücumçusu Robert Levandovski Almaniya Bundesliqasında yeni rekord müəyyənləşdirib.
Komanda.az xəbər verir ki, polşalı futbolçu çempionatın 6 turu ərzində rəqib qapılarından 10 qol keçirib.
İlk 5 matçda 9 dəfə fərqlənən 31 yaşlı forvard 6-cı tur çərçivəsində səfərdə “Paderborn”a 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmada da adını tabloya yazdırmağı bacarıb. Bu isə Bundesliqa tarixində ilk 6 tur çərçivəsindəki ən məhsuldar göstəricidi.
Levandosvkiyə qədər yalnız 4 futbolçu – Yupp Haynkes, Herd Müller, Peter Meyer və Lotar Matteus ilk 6 tur əzində 9 qol vurmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin