
Kukurella üçün mübarizəyə daha bir klub qoşulub
“Çelsi”nin müdafiəçisi Mark Kukurella karyerasını İngiltərənin başqa klubunda davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” 27 yaşlı futbolçunun transferi uğrunda mübarizəyə qoşulub. “Qırmızı şeytanlar” bu keçid üçün “Mançester Siti” ilə rəqabət aparmalı olacaq.
“Çelsi” Kukurellanı 40-50 milyon avro arasında dəyərləndirir. İspaniyalı futbolçunun özü də klubdan ayrılmaq niyyətindədir və London təmsilçisinin rəhbərliyi onun gedişinə mane olmağı düşünmür.
Kukurella 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 50 oyunda meydana çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun “Çelsi” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



