
“Milan”ın qapıçısı İngiltərə klubuna keçə bilər
“Milan”ın qapıçısı Mayk Menyan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb.
Bildirilir ki, “Çelsi” fransalı qolkiperi transfer etməkdə maraqlıdır. Potensial keçidin dəyərinin təxminən 30 milyon avro olacağı deyilir.
30 yaşlı futbolçu özü də İngiltərəyə köçməyə müsbət yanaşır və bu variantı ciddi şəkildə nəzərdən keçirir.
Menyan ötən mövsüm A Seriyasında 37 oyunda iştirak edib, 35 qol buraxıb və 15 matçda qapısını toxunulmaz saxlayıb. Onun klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin iyununda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



