
“Bayern” xorvatiyalı futbolçu ilə maraqlanır
“Komo”nun yarımmüdafiəçisi Martin Baturina Avropanın bir neçə top-klubunun “radar”ına düşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvat futbolçuya həm İngiltərə Premyer Liqasının bəzi klubları, həm də “Bayern” maraq göstərir.
İddialara əsasən, Premyer Liqadan iki adı açıqlanmayan klub Baturinanın transferi üçün 50–55 milyon avro aralığında məbləğ ayırmağa hazırdır. “Bayern”in mövqeyi isə hələlik dəqiqləşməyib.
23 yaşlı yarımmüdafiəçi ötən yay “Komo”ya keçməzdən əvvəl Zaqreb “Dinamo”sunda çıxış edib. Onun İtaliya klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



