Alvaresin agentləri “Barselona”ya müraciət etdi

“Atletiko”nun hücumçusu Xulian Alvaresin agentləri tərəfindən “Barselona”ya maraqlı bir müraciət edilib.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, argentinalı futbolçunun nümayəndələri Kataloniya təmsilçisindən yaxın bir ay ərzində transfer danışıqlarını dayandırmağı xahiş ediblər. Səbəb isə yaxınlaşan DÇ-2026 hazırlıqları və turnirə tam fokuslanmaq istəyi ilə bağlıdır.

Bildirilir ki, Alvares hazırda yalnız dünya çempionatına köklənib və heç bir transfer prosesinin diqqətini yayındırmasını istəmir. Bununla belə, 26 yaşlı hücumçu gələcəkdə “Atletiko”nun onun “Barselona”ya keçidinə razılıq verəcəyinə inanır.

O, ötən mövsüm bütün turnirlərdə 49 oyuna çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button