Olmo ilə bağlı qərar verilib

“Barselona” yarımmüdafiəçisi Dani Olmo ilə bağlı qərarını verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu bu yay 28 yaşlı futbolçu ilə yollarını ayırmaq niyyətində deyil.

Bundan əlavə, “Barselona” rəhbərliyi Olmo ilə yeni müqavilə imzalamağı planlaşdırır. Yeni sözləşmədə maliyyə şərtlərinin yaxşılaşdırılması nəzərdə tutulur. Futbolçunun maaşı növbəti mövsümdə müəyyən oyun sayına çatdığı halda artırılacaq.

İspaniyalı yarımmüdafiəçi ötən mövsüm La Liqada 33 oyunda meydana çıxıb, 7 qol vurub və 8 məhsuldar ötürmə verib. Klub rəhbərliyi onun komanda üçün vacib fiqur olduğunu hesab edir və gələcək planlarda əsas rol verilməsini istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button