
Raul Ximenes və daha 13 futbolçu ilə yollar ayrıldı
İngiltərənin “Fulhem” klubu müqavilə müddəti başa çatan hücumçu Raul Ximenes və daha 13 futbolçu ilə yollarını ayırıb.
Komanda.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
London təmsilçisini 35 yaşlı ön xətt oyunçusu ilə yanaşı, qapıçı Stiven Benda, müdafiəçi Devan Tanton və gənclər komandasının 11 üzvü tərk ediblər.
Klubdan ayrılan gənc oyunçular arasında Çarli Robinson, Bredli De Hesus, Olli Qofford, Cozef Uolters, Tom Uingeyt, Kallum Kliff, Marsell Holl, Ruban Han, Oliver Mayer, Harli Pleytel və Kuinn Şutter yer alıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


