“Liverpul” qiyməti 150 milyon avro olan futbolçu ilə maraqlanır

“Liverpul” heyətini gənc və perspektivli futbolçu ilə gücləndirməyi planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bornmut”un yarımmüdafiəçisi Rayan Mersisayd təmsilçisinin maraq dairəsinə düşüb. Bildirilir ki, mümkün transfer yalnız qış keçid dövründə reallaşa bilər.

19 yaşlı futbolçunun müqaviləsində 150 milyon avroluq sərbəstqalma maddəsi yer alır. Bununla belə, bu məbləğin növbəti transfer pəncərələrində mərhələli şəkildə azalacağı bildirilir.

Braziliyalı yarımmüdafiəçi ötən mövsüm İngiltərə Premyer Liqasında 15 oyunda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun “Bornmut”la müqaviləsinin müddəti 2031-ci ilin iyununun sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button