“Bayern” portuqaliyalı müdafiəçini “qaralayıb”

“Benfika”nın müdafiəçisi Tomas Araujo karyerasını “Bayern”də davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu portuqaliyalı futbolçunu hazırda prioritet hədəf hesab etmir, lakin müdafiəçilərindən biri ilə yollarını ayırsa, transfer üzərində işləməyə başlaya bilər.

Araujo təkcə müdafiənin mərkəzində deyil, həm də sağ cinahda oynaya bilir. Onun “Benfika” ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button