“Roma”nın futbolçusu ailəsi ilə otağa qapadıldı, evi qarət olundu

“Roma”nın yarımmüdafiəçisi Neil El-Aynaui və onun ailəsi Roma şəhərində soyğunçuluğa məruz qalıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə “Kastel Fusano” məhəlləsində, gecə saat 3 radələrində baş verib. Altı nəfərlik maskalı və qara geyimli qrup tapançalardan istifadə edərək, qonaq otağının pəncərəsindəki barmaqlığı çıxarıb və evə daxil olub.

Soyğunçular mərakeşli futbolçunu, onun anasını və sevgilisini, həmçinin, qardaşını və qardaşının sevgilisini bir otağa qapadıb. Daha sonra təxminən 10 min avro dəyərində zərgərlik əşyaları, “Roleks” saatları və dizayner çantalarını oğurlayıblar.

Polis faktla bağlı araşdırma aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button