
Berdıyev: “Çox vacib iki xal itirdik”
“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 24-cü turunda “Kəpəz”lə qarşılaşıb.
Komanda.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən matçdan sonra tovuzluların baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı olub. Türkmənistanlı çalışdırıcı 1:1 hesabı ilə başa çatan oyunu belə şərh edib:
“Təəssüflər olsun ki, çox vacib iki xal itirdik. Oyunun ikinci hissəsi bir qədər fərqli keçdi. Növbəti oyuna hazırlaşacağıq.
Faiq Hacıyev uzun müddət idi oynamırdı. Ona görə, belə səhvlər etməsi normaldır. Roderik Miller isə zədəli olduğu üçün ehtiyyatda idi”.
“Turan Tovuz” növbəti turda “Qəbələ” ilə qarşılaşacaq.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



