
ÇL: Arda Gülər “Mançester Siti” ilə oyundan danışdı
“Real”ın yarımmüdafiəçisi Arda Gülər UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Siti”yə qarşı cavab oyunu barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli futbolçu bunu deyib:
“Mançester Siti”yə qarşı ikinci oyun? İlk dəqiqədən tam diqqət göstərməli və evdəki ilk oyunda qazandığımız üstünlükdən istifadə etməliyik”.
“Real” “Santyaqo Bernabeu”da keçirilən ilk qarşılaşmada “Mançester Siti” üzərində 3:0 hesablı qələbə qazanıb. Komandalar arasında cavab oyunu 17 martda, İngiltərədə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



