
ÇL: Qvardiola “Real”a qalib gəlməyin yolunu açıqladı
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”a qarşı keçirəcəkləri ilk oyun barədə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, ispaniyalı mütəxəssis oyundan əvvəl keçirilən mətbuat konfransında komandasının uğurlu nəticə qazanmaq üçün öz oyun üslubundan imtina etməməli olduğunu bildirib:
“Bir şey aydındır: biz özümüz kimi oynamasaq, yaxşı nəticə əldə edə bilməyəcəyik”.
Daha əvvəl isə “Real” azarkeşlərinə Qvardiolanın ünvanına məşhur təhqiramiz şüarı (“fahişə oğlu”) səsləndirmək qadağan edilib. Bu qərar cavab oyununda madridlilərin səfərdə dəstəkdən məhrum qalmasının qarşısını almaq məqsədi daşıyır.
Komandalar arasındakı ilk qarşılaşma bu gün saat 00:00-da Madriddə keçiriləcək.
Bizi Facebook-da izləyin



