
“Real” “Selta” ilə oyuna ciddi itkilərlə gedir
“Real”ın İspaniya La Liqasının növbəti turunda “Selta” ilə keçiriləcək oyun üçün iştirak ərizəsi açıqlanıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Alvaro Arbeloa qarşılaşmada aşağıdakı futbolçulardan start 11-liyini seçəcək:
Qapıçılar: Tibo Kurtua, Andrey Lunin, Mestre;
Müdafiəçilər: Dani Karvahal, Trent Aleksander-Arnold, Asensio, Fran Qarsiya, Antonio Rüdiger, Ferland Mendi, Lorenso Aquado, Lamini Fati;
Yarımmüdafiəçilər: Federiko Valverde, Orelyen Tçuameni, Arda Gülər, Sestero, Manuel Anxel, Palasios, Tiyaqo;
Hücumçular: Vinisius Junior, Qonsalo Qarsiya, Brahim Dias.
Madrid klubunda bir sıra vacib futbolçular zədə və ya cəza səbəbindən bu matçı buraxacaq. Siyahıda Kilian Mbappe, Çud Bellingem, David Alaba, Rodriqo, Dani Sebalyos və Eder Militao kimi oyunçular yer alır.
“Selta” – “Real” qarşılaşması bu gün saat 00:00-da start götürəcək.
Bizi Facebook-da izləyin



