
“Tottenhem” antirekorda imza atıb
“Tottenhem” növbəti uğursuzluqla üzləşib. London təmsilçisi İngiltərə Premyer Liqasının 29-cu turunda “Kristal Pelas”la qarşılaşmada 1:3 hesabı ilə məğlub olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Tottenhem” bununla da, 2026-cı ildə – yəni, ilin ilk iki ayından artıq müddətdə hələ də çempionatda qələbə qazana bilməyib.
Klubun tarixində yalnız bir dəfə bundan da uzun qələbəsiz seriya qeydə alınıb. Belə ki, “Tottenhem” 1935-ci ildə təqvim ilinin ilk 15 oyununda qalib gələ bilməmişdi.
“Tottenhem” hazırda turnir cədvəlində 16-cı pilləyə geriləyib. Komanda növbəti turda, martın 15-də doğma meydanda “Liverpul”la üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



