
MY “Nyukasl”a 2 futbolçu üçün rəsmi sorğu göndərib
“Mançester Yunayted” “Nyukasl”ın iki əsas yarımmüdafiəçisi ilə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Sandro Tonali və Bruno Gimarayeş üçün artıq rəsmi sorğu göndərib.
Klub rəhbərliyi 25 yaşlı italiyalı və 28 yaşlı braziliyalı futbolçunun mümkün transfer şərtlərini öyrənmək istəyib. Ancaq “sağsağanlar” hələlik müraciətə cavab verməyib.
Bildirilir ki, “Nyukasl” mövsümün sonunda UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə, hər iki futbolçu yayda komandanı tərk edə bilər.
“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, Tonali və Gimarayeşin hər birinin bazar dəyəri 75 milyon avrodur. Hər iki yarımmüdafiəçinin klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
“Mançester Yunayted”in yay transfer dövründə orta xətti gücləndirmək üçün ciddi maliyyə ayırmağa hazırlaşdığı görünür.
Bizi Facebook-da izləyin



