“Liverpul” onu transfer edə bilməyəcək

“Liverpul” “Bayern”in vingeri Mikael Oliseni yaxın zamanda transfer edə bilməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu “qırmızılar” üçün arzuolunan hədəf olaraq qalsa da, bu transfer hazırda real görünmür. Klub rəhbərliyi vəziyyəti araşdırsa da, sonda anlaşmanın mümkünsüzlüyü ilə barışmalı olub.

Münhen təmsilçisi fransalı oyunçunu satmaq niyyətində deyil. Əksinə, almanlar artıq onun müqaviləsinin müddətinin uzadılması və maaşının artırılması istiqamətində iş aparır. Bu səbəbdən, “Liverpul” alternativ variantlara yönəlib.

Mersisayd klubu indi diqqətini “Leyptsiq”in oyunçusu Yan Diomandeyə çevirib. 19 yaşlı vingerin transfer dəyəri “transfermarkt” portalına görə 45 milyon avro qiymətləndirilsə də, “Leyptsiq”in onun üçün təxminən 100 milyon avro tələb edəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button