
“Neftçi” fanatlarından “Qarabağ”a: “Zəng elə, oynama, çempionluq hədiyyə”
“Neftçi” bu gün Azərbaycan Premyer Liqasının 20-ci turunda “Kəpəz”lə qarşılaşıb.
Komanda.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən oyunda 3:1 hesabı ilə qalib gələn “ağ-qaralar”ın tribunaya toplaşan azsaylı azarkeşləri tez-tez “Qarabağ”ın ünvanına şüarlar səsləndiriblər.
Belə ki, onlar “Qarabağ” liqası”, “Zəng elə, oynama, çempionluq hədiyyə”, “Qurban hoca, (Qurban Qurbanov) zəng elə, çempionluq hədiyyə” kimi şüarlar səsləndiriblər. Buna cavab olaraq tribunadakı “Kəpəz” azarkeşləri də “Neftçi” fanatlarına öz dəstəklərini nümayiş etdirirək, onlarla birləşərək, “Qarabağ” əleyhinə müxtəlif şüarlar səsləndiriblər.
Onlar bu şüarlarla 21-ci turun təxirə salınan “Neftçi” – “Qarabağ” matçına işarə ediblər.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



