
“Biz daim qalib gəlməliyik”
“Liverpul”un baş məşqçisi Arne Slot komandasının növbəti mövsümdə UEFA Çempionlar Liqasında çıxış etmək şanslarını dəyərləndirib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis Çempionlar Liqası zonasına yaxın olmalarını desə də, yuxarı pillələr üçün mübarizənin daha çətin olduğunu bildirib:
“Xallar baxımından gerilik böyük deyil və biz Çempionlar Liqası zonasına yaxınıq. Amma autsayderdən bir neçə xal geri qalmaqla zirvədəki komandadan geri qalmaq eyni deyil. Aşağı pillələrdə komandalar tez-tez xal itirir və onları yaxalamaq daha asandır. Liderlər isə nadir hallarda büdrəyir. Buna görə də, biz daim qalib gəlməliyik”.
“Liverpul” hazırda İngiltərə Premyer Liqasında 42 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb və ilk dördlük uğrunda mübarizəni davam etdirir.
Bizi Facebook-da izləyin



