“Bu mövsümdə hələ də xüsusi bir şey edə bilmək imkanımız var”

“Liverpul”un baş məşqçisi Arne Slot cari mövsümdə komandasının çıxışı barədə fikirlərini bölüşüb. Mersisayd klubu ötən il İngiltərə çempionu olsa da, hazırda Premyer Liqada turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis bu mövsümün əvvəlkilərdən fərqli olduğunu bildirib:

“Həmişə nəyisə fərqli edirsən. Bir mövsümü digəriylə müqayisə etmək olmaz. Komandanı məğlubiyyətdən sonra idarə etmək bir şeydir, ardıcıl məğlubiyyət və ya heç-heçə seriyasından sonra isə tam başqa. Amma mən hesab etmirəm ki, klubda kiminsə fikrincə tamamilə dəyişmişəm. Bu mövsüm əvvəlkilərdən fərqlidir. Əvvəllər həmişə xüsusi bir şey əldə edirdik. Amma bu mövsümdə hələ də xüsusi bir şey edə bilmək imkanımız var”.

“Liverpul” növbəti oyunda, fevralın 11-də “Sanderlend”in qonağı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button