Runi: “Tottenhem” xilas olmaq mübarizəsi aparır”

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi “Tottenhem”in bu mövsüm İngiltərə Premyer Liqasındakı çıxışını qiymətləndirib.

Komanda.az “Tribal Football”-a istinadən xəbər verir ki, o, hazırkı nəticələrə baxanda “Tottenhem”in çempionluq uğrunda yox, xilas üçün mübarizə apardığını deyib:

“Onlar mövsümboyu nəticələrinə görə, əsasən, xilas olmaq mübarizəsi aparır. Londonluların turnir cədvəlindəki yerinə diqqət yetirmək lazımdır. Əlbəttə, rəqiblərə də baxacaqlar. “Vest Hem” və “Nottingem Forest” xal qazanmağa davam edəcək”.

“Tottenhem” 25 turun sonunda 29 xalla Premyer Liqada turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Klub 6 xallıq fərqlə təhlükəli zona ilə aranı qoruyur, ancaq vəziyyət komandaya əlavə təzyiq yaradır.

Runi vurğulayıb ki, “Tottenhem”in gələcək oyunlarda rəqibləri ilə mübarizədə diqqətli olması və hər xalı dəyərləndirməsi vacibdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button