
Eltun Yaqublu “Zirə”də yeni vəzifəyə təyin olundu
Eltun Yaqublu “Zirə”nin yeni yaradılan Skautinq Departamentinin rəhbəri və seleksiyaçı məşqçisi vəzifəsinə təyin edilib.
Bu barədə Komanda.az-a klubun mətbuat xidmətindən bildirilib.
Mütəxəssislə 2 illik müqavilə bağlanıb.
Yaqublu 2020-2025-ci illərdə “Zirə”də məşqçi kimi fəaliyyət göstərib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



