
“Kəpəz”lə bağlı digər məsələlər artıq yeni baş məşqçinin ixtiyarındadır”
“Kəpəz” 2025/26 mövsümünün sonunda baş məşqçi Azər Bağırovla yollarını ayırmışdı. Klub bu gün boş qalan posta yeni mütəxəssisin adını açıqlayıb. Komandanı növbəti mövsümdə Azər Məmmədov çalışdıracaq.
2026/27 mövsümünün hazırlıq planı və yeni transferlər barədə bölgə təmsilçisinin Media və Marketinq departamentinin direktoru Gəray Qiyasovla əlaqə saxladıq. Klub rəsmisinin Komanda.az açıqlaması belə oldu:
“Azər Məmmədovla razılıq əldə olunub və onunla müddəti bir olan müqavilə imzalanacaq. Komanda ilə bağlı digər məsələlər artıq yeni baş məşqçinin ixtiyarındadır. Futbolçuları seçib, toplanışın vaxtını dəqiqləşdirəcəklər”.
Məmmədov 2023-cü ildə də “Kəpəz”i çalışdırıb.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



