
DÇ-2026: “Tuxelin hərəkətinə bir az həddindən artıq reaksiya verildi”
“Mançester Yunayted”in sabiq kapitanı Roy Kin, İngiltərə millisinin baş məşqçisi Tomas Tuxelin Xorvatiya yığması ilə oyunun fasiləsindəki çıxışı ətrafında yaranan müzakirələrə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, medianın reaksiyasını şişirdilmiş hesab edib:
“Bu, onun işidir, elə deyilmi? Məncə, buna bir az həddindən artıq reaksiya verildi”.
Tuxel matçın gedişində futbolçularını nəticədən asılı olmayaraq, öz oyun üslublarına sadiq qalmağa çağırıb. İngiltərə millisi bu görüşü 4:2 hesablı qələbə ilə başa vurub.
İngiltərə yığması qrup mərhələsinin ikinci turunda, iyunun 23-də Qana millisi ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



