Terri forma kolleksiyasını satır

“Çelsi”nin sabiq kapitanı Con Terri oyun formaları kolleksiyasını satışa çıxarır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yalnız geyindiyi formaları deyil, həm də karyerası ərzində digər əsas oyunçularla dəyişdirdiyi formaları da satır. Bunların arasında Lionel Messinin 2006-cı ildə, “Barselona” və “Çelsi”nin Çempionlar Liqasında geyindiyi forması da var. Digər əsası isə Tyerri Anrinin “Arsenal”ın 2003/04 mövsümündəki “yenilməz” formasıdır. Həmçinin, 2008-ci ildə Moskvada keçirilən Çempionlar Liqasının finalında penalti zərbəsini dəqiq yerinə yetirə bilmədiyi zaman geyindiyi forma da var.

45 yaşlı sabiq futbolçu bunları özünün xeyriyyə fondu olan “Con Terri 26 Fondu” vasitəsilə satır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button